XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 12:00

Arvadını, qaynana və qayınatasını niyə güllələyib?- Dəhşətli cinayətdən yeni xəbər

Dünən Ağcabədi rayonunda  baş vermiş və 4 nəfərin ölümü ilə yekunlaşan dəhşətli hadisə ilə bağlı cinayət işi açılıb.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1970-ci il təvəllüdlü Quliyev Ələsgər Əşrəf oğlunun həyat yoldaşı və dayısı qızı olan 40 yaşlı Ayfan Səfərova, qaynanası, 62 yaşlı Nazilə Səfərova və qayınatası 67 yaşlı Ənvər Səfərovu güllələyərək qətlə yetirməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmə) və 228-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə iş başlanılıb.
 
Bildirilir ki, hadisəni törədən Ə.Quliyev çoban olub. Onun həyat yoldaşı, 4 övladının anası olan A.Səfərova bir müddət əvvəl həyat yoldaşından ayrılaraq atası evinə gəlib. Dünən Ə.Quliyev qayınatasının evinə gedərək arvadını aparmaq istəyib və bu zaman məlum hadisə baş verib. Evdə 3 nəfəri güllələyərək öldürən

Ə.Quliyev daha sonra tüfəngi götürərək qaçmaq istəyib və bu məqsədlə Bəhramtəpə-Yevlax yolunun kənddən keçən hissəsinə çıxıb. Lakin artıq yaxalanacağını hiss edən 46 yaşlı kişi yolun kənarında, qəbiristanlığın yaxınlığında tüfəngi çənəsinə dirəyərək başına atəş açıb.
 
Hadisə vaxtı ailənin 4 övladından heç biri evdə olmayıb. Faktla bağlı araşdırma aparılır.