XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 14:48

Ağcabədidə törədilən qətllə bağlıcinayət işi başladıldı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağcabədidə törədilən qətllə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluqdan verilən məlumata görə, 1970-ci il təvəllüdlü Quliyev Ələsgər Əşrəf oğlunun arvadı, 1976-cı il təvəllüdlü Səfərova Raifə Ənvər qızını, qayınanası, 1954-cü il təvəllüdlü Səfərova Nazilə Savalan qızını və qayınatası, 1949-cu il təvəllüdlü Səfərov Ənvər Cənnətalı oğlunu, daha sonra özünü ov tüfəngindən atəş açmaqla öldürməsi faktı ilə bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanıb.

Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.