XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 11:27

“Brokanyerliklə mübarizə tədbiri nəticəsində 69 nəfər saxlanılıb” –Nazirlik

ereb-ovcular

“2016-ci ilin 5 ayı ərzində brokanyerliklə mübarizə tədbiri nəticəsində 69 nəfər saxlanılıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin Departamenti direktorunun müavini Hikmət Əlizadə deyib. 

Onun sözlərinə görə, həmin şəxslərə münasibətdə 69 akt və protokol tərtib edilib: “Qanunu pozan şəxslərdən 64 tüfəng və 297 patron götürülüb. Ümumilikdə qanunu pozan şəxslər 67800 manat cərimə ediliblər. Təbiətə 293 manat ziyan dəyib. Qeyd olunan şəxslərə münasibətdə cərimələr tətbiq edilib, iki iş hüquq-mühafizə orqanlarına göndərilib”.

H.Əlizadə qeyd edib ki, bu ilin 5 ayı ərzində qanunu ovla məşğul olmaq üçün yerli vətəndaşlara 546 ədəd, xarici vətəndaşlara isə 105 lisenziya verilib.

“Ov icazələrinin 90 faizi su bataqlıq quşları üçün verilir. Yerli və xarici vətəndaşların daha çox marağı su bataqlıq quşlarının ovlanmasıdır. Ov icazəsi verilən xarici vətəndaşlar əsasən Avropa ölkələrindən, ərəb ölkələrindən gələnlərdir. Həmçinin ABŞ-dan da Azərbaycana ov etmək üçün gələnlər var”.

Nazirlik rəsmisi bildirib ki, bu il 2 xarici ölkə vətəndaşı qanunsuz öva görə cərimə olunub: “Onlar ən yüksək məbləğdə -2 min manata qədər cərimə olunublar. Həmin xarici ölkə vətəndaşlarının deportasiya olunması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edilib”. 

H.Əlizadə vurğulayıb ki, qanunsuz ova görə cərimələnən xarici ölkə vətəndaşları daha çox ərəb ölkələrindən gələnlərdir. 

Qanunu pozanlar Azərbaycandan deportasiya olunurlar(AzVision.az).