XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 10:54

“Qiyamçı müstəntiqin” işiməhkəməyə göndərildi

rufet

Rüşvət almaqda təqsirləndirilərək barəsində ev dustaqlığı tədbiri seçilən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

R.Səfərovun Trend-ə verdiyi məlumata görə, cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hələlik iş üzrə məhkəmənin vaxtı məlum deyil.

Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) – təkrar törədildikdə) cinayət işi başlanmışdı.

Binəqədi rayon məhkəməsinin qərarı ilə isə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan qərar ev dustaqlığı ilə əvəzlənib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.