Binəqədi rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, iyunun 28-də Bakı şəhər sakini, azyaşlı İmran Quliyev Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində evin pəncərəsindən (3-cü mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Araşdırma aparılır(lent.az).