XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 16:43

Xaçmazda çaqqallar 77 yaşlı qadınahücum etdi

Xaçmaz rayonun Niyazabad kənd sakini 77 yaşlı Qızbəs İmaməliyeva yırtıcıların hücumuna məruz qalıb.
 
Lent.az-ın  RTV-yə (Region TV)  istinadən xəbərinə görə,  günorta saatlarında həyətdə cücələri yemləyən qadına çaqqal sürüsü hücum edib. Səs-küyə həyətə çıxan Qızbəs İmaməliyevanın gəlini dəhşətli mənzərənin şahidi olub.
 
Zərərçəkən təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının üzərində bir saatdan çox əməliyyat aparılıb.
 
Ümumiyyətlə, son vaxtlar Xaçmaz rayonunda vəhşi heyvanların insana hücumu faktlarına tez-tez rast gəlinir. Bu il ərzində eyni diaqnozla Xaçmaz Rayon Mərkəzi Xəsətəxanasına bir neçə dəfə müraciət olunub.
 
Məlumat üçün bildirək ki, çaqqalların ilboyu ovlanmasına icazə verilir.