XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 13:48

Xətaidə yanğın – Polis hadisə yerini nəzarətə alıb (VİDEO, FOTOLAR)

Bu gün paytaxtın Xətai rayonu Gəncə prospekti kənarında yanğın baş verib.

Yanğın mədrəsənin və yeni tikilən binaların yaxınlığındakı boş sahədə başlayıb. Şahidlərin dediyinə görə, bura otluq ərazi olduğundan alov qısa zamanda yayılmağa başlayıb.

Yanğınsöndürənlərin müdaxiləsindən sonra alov qismən söndürülüb. Amma bəzi hissələrdə alov yenidən baş qaldırır.

Polis hadisə yerini nəzarətə alıb, hadisə yerinə yaxınlaşan ətraf binaların sakinləri oradan uzaqlaşdırılıb.

Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi də hadisə yerinə gəlib. Amma hələlik rəsmi məlumat almaq mümkün olmayıb (“Azadlıq” radiosu).