XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 11:52

Həbsdəki generalın daha bir şikayəti rədd olundu –Məhkəmə prosesi

akif-covdaro-v-qandal

Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun apellyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Səbail rayon Məhkəməsinin A. Çovdarovun və digərlərinin həbs müddətinin 4 ay artırılması barədə qərarı qəbul edib. Şikayət həmin qərardan verilib(Azadlliq.info).

Xatırladaq ki, A. Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.