Şəki Ağır Cinayətlər Məhkəməsi hakim köməkçisinin intihara cəhd etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Məhkəmədən APA-ya verilən məlumata görə, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyən Spartak İsmayılov bu ilin martında öz ərizəsi ilə işdən çıxarılıb. Hazırda o rayonda fəaliyyət göstərən banklardan birində hüquqşünas vəzifəsində çalışır.