XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2016 - 19:15

DİN:"11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib"

Ötən gün daxili işlər orqanları tərəfindən gün ərzində 74 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.