XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2016 - 11:03

İsmayıllı-Qəbələ yolunda dəhşətli qəza:ölənlər var (Adlar)

Bu gecə İsmayıllı rayonunda dəhşətli yol qəzası baş verib. İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

Nəticədə avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Alıyev Asim Müsavər oğlu, sərnişinləri, 1983-cü il təvəllüdlü Mürsəlov Uğur Bünyat oğlu və 1987-ci il təvəllüdlü Həlimov Elbrus Elman oğlu aldıqları ağır xəsarətlərdən vəfat ediblər.

Məlum olub ki, ölənlərin hamısı Qəbələnin Vəndam kənd sakinləridir. Onlar Bakıdan rayon istiqamtinə hərəkət edirmiş və yüksək sürətlə hərəkət edən avtomobil döngədə idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır(lent.az).