Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Yenikənd su anbarında 1 nəfər balıqçının batması barədə məlumat daxil olub.
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.