XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

12 Mart 2015 - 10:09

Azərbaycana bağırsağında narkotik gtirən şəxs tutuldu

Azərbaycan gömrük orqanının əməkdaşları həşiş qətranı aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda keçirilib.

Əməliyyat zamanı İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İlqar Gülməmmədovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanında (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 2,71 qram olan narkotik vasitə – həşiş qətranı aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.