XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2015 - 09:29

Vətəndaşlara kələk gələn iş adamı axtarışa verildi – FOTO
Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində axtarış elan edilib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1963-cü il təvəllüdlü Tağıyev Elman Həsənqulu oğlu Cinayət Məcəlləsinin dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi) , vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (Cinayət Məcəlləsinin 308-ci maddəsi), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq dəyişmə (Cinayət Məcəlləsinin 319-cu maddəsi) və vergidən yayınmaqda (Cinayət Məcəlləsinin 213-cü maddəsi) təqsirləndirilir.
Qeyd edək ki, E. Tağıyev “Birlik-İnşaat” MMC və “Hayan-E” MMC-nin rəhbəri olub. E. Tağıyev 210 mənzili 543 nəfərə təkrar sataraq, ümumilikdə vətəndaşlara 10 milyon manatdan çox ziyan vurub. E. Tağıyev və onun ətrafında olan şəxslərin qanunsuz hərəkətləri ilə bağlı başlanmış cinayət işinə 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Lakin E.Tağıyev ölkədən qaçdığı üçün məhkəmənin onunla bağlı çıxardığı qərar icra olunmayıb.
APA