XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

12 Mart 2015 - 11:42

Məhkəmə qərarına etiraz edən qadın damarlarını doğradı

bitmap-img6

“Həyat yoldaşım bu gün damarlarını doğrayıb, qan içindədir, təcili yardım gəlib”.

Bunu virtualaz.org saytına Şirvan şəhər sakini Eldar Abdullayev deyib.
Onun sözlərinə görə, həyat yoldaşı, 1959-cu il təvəllüdlü Elminaz Abdullayeva məhkəmlərdə üzləşdiyi haqsızlıqlara dözməyərək intihara cəhd edib.
Qeyd edək ki, Elminaz Abdullayevanı intihar həddinə çatdıran cinayət hadisəsi 2013-cü il, mart ayının 13-də baş verib. Qonşular arasında yaranmış insident nəticəsində dörd nəfər güllə yarası alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan yaralılardan biri, 25 yaşlı Aşurov Zaur Əliyusif oğlu hadisə yerində dünyasını dəyişib. Digərləri isə – 1982-ci il təvəllüdlü Aşurov Davud Əliyusif oğlu, 1970-ci il təvəllüdlü Nağdəliyev Yavər Səyyar oğlu və 1984-cü il təvəllüdlü Abdullayev Rəşad Eldar oğlu xəstəxanaya yerləşdiriliblər.
E.Abdullayevin sözlərinə görə, oğlu Əlvan Abdullayev sözügedən qətl hadisəsinə görə həbs olunub. Barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb: “İstintaq aparıldı, iş məhkəməyə göndərildi. Oğlum Əlvana 9 il 6 ay cəza verdilər. Mənim oğlumun günahı olmayıb. Davud Aşurovun ölümünə səbəb öz qardaşı Zaurun atdığı güllə olub. Yəni güllə təsadüfən qardaşına dəyib. Amma mənim oğluma qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açdılar. Biz Lənkəran Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verdik. Amma şikayətimiz təmin olunmadı. üç dəfə Ali Məhkəməyə kasasiya şikayəti vermişik. Bu gün axırıncı məhkəmə idi. Məhkəməyə hakim Tapdıq Mahmudov sədrlik edirdi. İşə qərəzli münasibətə və oğlumun barəsindəki qərarın qüvvədə saxlanılmasına dözməyən həyat yoldaşım elə məhkəmə binasındaca damarlarını kəsdi. çoxlu qan itirib, ürəyi gedib”.