XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 10:27

İş adamının qatillərindən biri yaxalanıb –Əməliyyat

polis-1

Xaçmaz rayonunda öldürülən iş adamının qətlinin üstü açılıb.

Hüquq-mühafizə orqanlarından  verilən məlumatına görə, 53 yaşlı iş adamı İlqar Məmmədov öz evində iki nəfər tərəfindən qətlə yetirilib.

Xaçmaz polis və prokurorluq əməkdaşlarının keçirdiyi birgə əməliyyat axtarış tədirləri nəticəsində qətli törədən şəxlərdən biri saxlanılıb.

Saxlanılan şəxs  Xaçmazın Ağyazı Buduq kənd sakini 25 yaşlı Qalib Nəcməddin oğlu Kərimovdur. Qətli törədən digər şəxs isə axtarışda olduğu üçün adı açıqlanmır. Axtarışda olan şəxs də Xaçmaz rayon sakinidir.

Polisin verdiyi məlumata görə, iş adamı tamah məqsədi ilə öldürülüb. Qalib Kərimov da qətli tamah məqsədi ilə törətdiklərini etiraf edib.

Amma saxlanılan şəxs evdən pul aparmadığını desə də,  hüquq-mühafizə orqanları onun söylədiklərində nə qədər səmimi olub-olmamasını araşdırır.

Qətl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. 

İş adamı İlqar Məmmədov iyunun 16-da öz evində qətlə yetirilib.

Onun evinin həyətində tapılan meyitinin üzərində zorakılıq əlamətləri olub. Hadisə Mirzə Fətəli Axundov küçəsində baş verib. Ailəsi uşaqları tələbə olduğundan Bakıda yaşayan mərhum ərzaq mallarının topdansatışı ilə məşğul olub. Mərhum bıçaqla qətlə yetirilib.

ANS