XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 14:18

Sabiq nazirin xalası oğlunun ölüm işi –Şahidlər ifadə verdi

mehkeme-16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ekspert Naib Abbasov ifadə verib. O bildirib ki, qətlə yetirilən Füzuli İsgəndərovun bioloji ölümü ilə bağlı rəy verib.

Şahid qismində ifadə verən cərrah Xəqani Şahverdiyev bildirib ki, Su-Tikinti Xəstəxanasında ölüm hadisəsi olduğunu eşidib: "Hadisə zamanı xəstəxanada idim. Bu zaman sarğı otağına girdim. Xalidə İsgəndərovanın barmağı kəsilmişdi". 

Prosesdə şahid qismində polis əməkdaşı, sahə rəisi olan Ədalət İsmayılov ifadə verib. O, ifadəsində deyib ki, onlar kamera görüntülərinə baxış keçiriblər: "Görüntülərdə cavan oğlan vardı. Lakin onun şəxsiyyəti müəyyən edilmədi".

Məhkəmə prosesi avqustun 4-də davam edəcək(APA).

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.