XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 17:08

Gömrükdə daha bir əməliyyat –7 hüquqpozma fakt...

gomruk

 Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 7 hüquqpozma faktı üzrə müxtəlif markalı 60 000 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsinin qarşısını alıb. 

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, siqaretlərin 19 800 ədədi 3 fakt üzrə İdarənin “Samur” gömrük postunda aşkar edilib. Qaçaqmalçılıq predmetləri avtomobillərin müxtəlif hissələrindəki  gizli bölmələrdə aşkar olunub.

“Yalama” gömrük postunda 1 fakt üzrə 3200, “Xanoba” gömrük postunda isə 3 fakt üzrə 37 000 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə gömrük ərazisinə keçirilməsinin qarşısı alınıb. Siqaretlər gömrük postunun idxal minik xəttində əvvəlcədən daxil olan əməliyyat məlumatına əsasən aşkar edilib.