XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 07:32

Tanınmış iş adamının evində qətl – Polis qatili axtarır

Bu gecə Qusar rayonunun çiləgir kəndində qətl hadisəsi baş verib.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Kənddə yerləşən evlərin birində Bakı sakini, 1945-ci il təvəllüdlü Ramiz Gülməmməd oğlu Vəliyev ov silahından atılan güllə yarasından dünyasını dəyişib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, qətli 1967-ci il təvəllüdü Eynulla Cahangir oğlu Hacıyev törədib. Hadisəni törədəndən sonra Eynulla Hacıyev hadisə yerindən qaçıb.

Hazırda polis qətli törətməkdə şübhəli bilinən Eynulla Hacıyevin axtarışlarına başlayıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, qətl hadisəsi baş verən ev tanınmış iş adamlarından birinə məxsus olub.