XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

09 İyul 2016 - 17:20

13 min manat saxta pulu 2300 dollarasatarkən tutuldu

Bakıda saxta pul satan şəxs tutulub.

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Pərvin Yusifov 57 ədəd 100 manatlıq, 146 ədəd 50 manatlıq (13000 manat) saxta əskinasları paytaxtın Nizami rayonu ərazisində 2300 ABŞ dollarına satarkən tutulub.

Saxta pulları satış məqsədi ilə P.Yusifovla birgə hazırlamış Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Quliyev də müəyyən edilərək tutulub.