XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 İyul 2016 - 11:38

Yük maşınını ötmək istəyərkən qəza törətdi:ölən və yaralananlar var

Yevlaxda ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, dünən saat 18 radələrində Yevlax-Mingəçevir yolunun birinci kilometrliyində "Mercedes" markalı minik avtomobili "QazEL" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olanşəxslərdən 26 yaşlı oğlan hadisə yerindəcə keçinib. 40 və 26 yaşlı daha iki kişi ilə 61 yaşlı qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Bildirilir ki, qəza "Mercedes" ötmə manevrini yerinə yetirərkən baş verib. Faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.