XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2016 - 16:04

Arxiv İdarəsinin əməkdaşı rüşvətə görə 9 ilcəza aldı

hebs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xızı rayon Arxiv İdarəsinin keçmiş əməkdaşı Paşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum olunub. Azadlıqda olan P. Məmmədov məhkəmə zalından həbs edilib.

 Qeyd edək ki, P. Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinə əsasən təqsirləndirilib. O, rayon sakini Kərimula Kərimovdan arayış vermək üçün 1300 manat rüşvət alıb. İstintaq zamanı onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.