Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib və aşkar edilmiş sursatı xüsusi ayrılmış ərazidə zərərsizləşdiriblər. (APA)