XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 10:21

Ötən 6 ayın “yol terroru”:304 ölü, 970 yaralı

qeza

2016-ci ilin 6 ayı ərzində respublika ərazisində 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 304 nəfər həlak olub, 970 nəfər yaralanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 140 fakt (13,4%), həlak olanların sayı 103 nəfər (25,3%), yaralananların sayı 147 nəfər (13,2%) azalıb.

Bakı şəhəri ərazisində 323 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 73 nəfər həlak olub, 342 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 69 fakt (17,6%), 45 nəfər (38,1%), 72 nəfər (17,4 %) azalıb.