XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 18:40

Şamaxıda ağır qəza:sürücü öldü

Günorta saatlarında Şamaxının Çöl Göylər kəndi ərazisində qəza baş verib.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şamaxı şəhər sakini Həşimov Maarif Arif oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Avtomobildə tək olan sürücü Maarif Həşimov hadisə yerində ölüb. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.