XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 19:24

Bakıda məktəblioğlan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi ev 1-in qarşısında 2000-ci il təvəllüdlü Kərimov Tural Ərtoğrul oğlu bıçaqlanıb. Qarın nahiyəsindən 2 daxilə nüfuz edən xəsarət alan 16 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məlum olub ki, hadisəni 1999-cu il təvəllüdlü Seyidli Mirnihad Mirkərim oğlu törədib. Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan T.Kərimov orta məktəb şagirdidir.