XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2016 - 18:07

Təqsirləndirilən şəxsin həbs müddəti uzadılıb –Nardaran hadisələri

mehkeme 24

Bu gün Nəsimi Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı təqsirləndirilən Nahid Qəhrəmanovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib.

 Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə həbs müddətinin 3 ay müddətində uzadılması barədə qərar qəbul olunub: “Təqsirləndirilən şəxs məhkəmədə ilkin ifadəsindən imtina etdiyini bildirdi. Biz onun hadisə yerində olmadığını əsas gətirərək həbsdən azad olunmasını xahiş etsək də, vəsatət təmin olunmadı. Nahid Qəhrəmanov hadisə günü yas yerinə gedib və sonra Əbülfəz adlı şəxsin evində tədbir keçirildiyi zaman saxlanılıb”.

Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə həmin şəxslərdən 4 nəfəri məhv edilib, daha bir neçə nəfəri yaralanıb

Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. (APA)