XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2015 - 12:23

Hüquq müdafiəçisi ilə bağlı şübhəli durum – Anası şikayət etdi
Bu gün saat 15:00-da Göyçay Rayon Məhkəməsində hüquq müdafiəçisi Taleh Xasmməmədovun məhkəməsi keçirilib.
Bu haqda onun anası Gülbuta Xasməmmədova məlumat verib:
Talehin məhkəməsi iyunun 30-a təyin olunmuşdu. Lakin həmin gün onu istintaq təcridxanasından gətirmədilər. Məhkəmənin niyə keçirilməməsi haqda bizə heç bir məlumat verilmədi. İyulun 1-də işə baxan hakim Fərhad Əfəndiyevin qəbuluna getdik, oradan bizə dedilər ki, məhkəmənin vaxtı bəlli deyil, gedib Gəncə İstintaq Təcridxanasında Talehlə görüşə bilərsiniz. Bizə görüş üçün icazə kağızı da verdi. İyulun 2-də Gəncə İstintaq Təcridxanasına getdim. Orada dedilər ki, səhər saatlarında Talehi buradan çıxarıb Göyçaya məhkəməyə aparıblar. Zəng edib öyrəndik ki, məni Gəncəyə yola salıb, Talehi Göyçaya gətirib qapalı məhkəmə keçirirlər. Bu nə oyundur anlamıram. Axı Taleh nə edib ki, bizə bu zülmü verirlər. Hazırda məhkəmə davam edir. Mən ölkə prezidenti İlham Əliyevə səslənirəm, xahişl edirəm, bu özbaşınalığı edənləri cəzalandırın”.
Nəzərə çatdıraq ki, Taleh Xasmməmədov bu il fevralın 24-də tutulub və barəsində 3 aylıq həbsqətimkan tədbiri seçilib. Yaxınları onun şərlənərək tutulduğunu bildirirlər.