XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 13:17

Bakıda qəzada xəsarət alansərnişinlərdən 5-i reanimasiyadadır

Bakının Heydər Əliyev prospektində 171 saylı marşrut xətti ilə hərəkət edən avtobusla yük avtomobilinin toqquşması nəticəsində 21 nəfər xəsarət alıb.

Xəsarət alanların yerləşdirildiyi Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, hazırda yaralılardan 7 nəfər xəstəxanadadır.Digərlərinin xəsarəti ağır olmadığına görə tibbi yardım göstərilərək evə buraxılıblar.

Qeyd olunub ki, hazırda 7 nəfərdən 5-i reanimasiyada həkim nəzarəti altındadır. Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Xəsarətlər, əsasən, baş-beyin əzilməsi və sınıqlardır.