XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 10:17

İş adamının oğlu yol qəzasında öldü –VİDEO

tural-azaer-is-adami

Ötən gün Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərində baş verən ağır yol qəzası nəticəsində bir nəfər həyatını itirib.

Faciə Açinskdən Nazarovoya gedən yolda "Ulıbka" kafesi ərazisində baş verib.

İlkin fərziyyəyə görə, "Rənc Rover" markalı avtomobilin 26 yaşlı sürücüsü qarşı hərəkət zolağına çıxıb və orada VAZ-2114 markalı avtomobil ilə toqquşub. Nəticədə yolsuzluq avtomobilinin sükanı arxasında olan gənc sürücü həyatını itirib, "Jiquli"nin 21 yaşlı sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Minik maşınlarında sərnişin olmayıb.

Hazırda hadisənin bütün təfərrüatları və qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, həyatını itirən gənc Rusiyada məşhur olan azərbaycanlı iş adamı Rüstəm Bayramovun oğlu Tural Bayramovdur. Bundan əlavə, Tural Bayramov özü "Kaspian Servis" MMC-nin təsisçisi və baş direktoru idi.

Sözügedən şirkət tikinti işləri ilə məşğul olub(Report).