XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 11:59

Bakıda yük qatarı aşdı –"Azərbaycan Dəmir Yolları" QSC-dən açıqlama

yuk qatar

Bu gün Ziya Bünyadov prospekti ilə Binəqədi şossesini birləşdirən 4 kilometrlik "Baksol” adlanan ərazidə dəmiryolunda hərəkət edən yük vaqonları relslərdən çıxaraq, aşıb. Yük vaqonlarının aşması ərazidə hərəkətin məhdudlaşmasına səbəb olub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bu faktı təsdiqləyib.

O, bildirib ki, relslərdən çıxan yük vaqonları əvvəlcə "Baku Steel Company" MMC-yə yolda düşüb, yükü boşaltdıqdan sonra, təyinatı üzrə Keşlə dəmiryol stansiyasına hərəkət edib.

"Bu vaxt dəmiryolu keçidində ağırtonnajlı yük maşını qabaritinə uyğun olmayan şəkildə dayanıb və qarşıdan gələn yük vaqonlarına toxunub. Nəticədə iki vaqonun hər birinin təkər cütü düşüb. Artıq əraziyə lazımi qüvvələr cəlb edilib. Təxminən 20 dəqiqəyə bağlanan yolda hərəkət bərpa olunacaq", – deyə, N. Əzməmmədov əlavə edib. 

Report.az