XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 12:30

Abşeronda faciə:Baba 3 yaşlı nəvəsini maşınla vurub öldürdü

Abşeronda azyaşlı uşaq faciəli şəkildə ölüb.

Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Məhəmməd İsmayılov yaşadığı evin həyətində idarə etdiyi “QAZ-53” markalı yük avtomobili ilə ehtiyatsızlıqdan nəvəsi, 2013-cü il təvəllüdlü Cəsur İsmayılovu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.