Dənizdə 3 nəfər boğulub.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 50 metr dənizin içərisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) 3 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 25-26 yaşında olan naməlum qadın meyiti tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib