XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 11:55

Gömrükdə qızıl əməliyyatı –Rəsmi açıqlama

qizil

İstanbul-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı “Yaşıl Kanal”a daxil olub gömrük nəzarətindən keçmək istəyərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən geri qaytarılaraq “Qırmızı Kanal”a yönləndirilib. Sərnişinə məxsus əl çantasına rentgen aparatı vasitəsilə baxış keçirilən zaman orada zərgərlik məmulatlarına bənzər əşyaların təsviri göründüyündən vətəndaş gömrük yoxlanılmasına dəvət olunub.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama başlamazdan əvvəl gömrüyə mütləq qaydada bəyan olunası əşyaların olub-olmamasına dair sorğu-sual zamanı o, çantasında zərgərlik məmulatlarının olduğunu bildirib. Həmin şəxsin çantasına baxış keçirilən zaman oradakı 1 ədəd bağlamanın içərisindən gömrük nəzarətinə təqdim edilməyən, əvvəlcədən şifahi, elektron formada bəyan olunmayan 13 ədəd boyunbağı aşkar olunub. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq sərnişinin üzərində aparılan şəxsi yoxlama zamanı 3 ədəd bağlamada zərgərlik məmulatları aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qeyd olunan əşyalarla bağlı aparılan fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası nəticəsində məlum olub ki, vətəndaşdan aşkar edilən 585 əyarlı qızıldan hazırlanmış 94 adda məmulatın xalis çəkisi 575,19 qramdır.

Faktla bağlı araşdırma aparılır.