XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 23:23

Gömrükdə külli miqdarda siqaret tutuldu –Əməliyyat

bilasuvar_gomruk_mentegesi_070815

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı qurğunun nəzarət monitorunda avtomobilin yük yerində fərqli görünüşdə və formada naməlum predmetlərin olduğu müşahidə edilib.

Avtomobilə keçirilən əsaslı baxış zamanı nəqliyyat vasitəsinin yük yerində – döşəmənin altında malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 42 000 ədəd siqaret aşkar edilərək götürülüb.