XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 14:01

Bu il yol qəzalarında ölənlərinsayı açıqlandı

Son illər Azərbaycanda insanların həlak olması və xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb. 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya  bildirib ki, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayında 13,4% (140), ölümlərin sayında 25,3% (103), yaralıların sayında isə 13,2% (147) azalma müşahidə edilib. 6 ayda ölkədə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 304 nəfər həlak olub, 970 nəfər xəsarət alıb.

K.Əliyev qeyd edib ki, bu azalma 2015-ci ildə də qeydə alınıb: “2014-cü illə müqayisədə 2015-ci ildə 415 hadisə, 230 ölü, 411 yaralı sayı azalıb. Bu da müvafiq olaraq yol qəzalarının sayının 15,7%, ölənlərin sayının 50,5%, yaralanların sayının isə 15,4% azalması deməkdir”.

K.Əliyev xatırladıb ki, bu günlərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə regional məntəqəsinin böyük həkimi Sevinc Hüseynova mətbuata açıqlamasında 2005-ci ildən başlayaraq əvvəlki illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 33,1 faiz, bu hadisələrdə ölənlərin sayı 31,3 faiz, xəsarət alanların sayı isə 32, 6 faiz artdığını bildirib: “Əslində isə son 10 ildə Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə edilib. Bu rəqəmlər 2005-ci ildən öncəki rəqəmkləri əhatə edir və həqiqətən də həmin ilə kimi ölkədə yol qəzalarının sayında ciddi artım var idi”.