XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 21:34

Gömrükdə əməliyyat:12 min qutu siqaret müsadirə olundu

Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 12 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən bildiriblər ki, idarəyə daxil olan əməliyyat məlumatı əsasında "Sınıq Körpü" gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 8 min ədəd siqaret aşkarlanaraq götürülüb.

Azərbaycan vətəndaşı olan daha bir şəxs isə minik avtomobilində ölkə ərazisinə 4 min ədəd siqaret keçirmək istəyib. Lakin gömrükçülərin sayıqlığı nəticəsində üzərində aksiz markası olmayan siqaretlər "Sınıq Körpü" gömrük postunda aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.