XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 14:57

Gömrükçülər Astarada İrandan heroin gətirənazərbaycanlıları saxlayıb

astara gomruk

Gömrükçülər narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin və Astara sərhəd nəzarət məntəqəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq qanunvericiliyin tələblərinə müvafiq qaydada onların üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxslərdən birinin daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 9,606 qram, digərindən isə 2 bükümdə xalis çəkisi 83,418 qram təşkil edən narkotik vasitə – heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı təhqiqat aparılır.