XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 12:01

İş adamını hədələyən şəxs saxlanıldı –Əməliyyat

polis-1

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Xaçmazda əməliyyat keçiriblər.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib, 400 manat pul tələb edən şəxs yaxalanıb. Həmin şəxs Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanovdur. Onun üzərinə baxış zamanı 3,225 qram heroin də aşkarlanıb.