XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 16:57

Türkiyədə nə qədər məmur həbs olunub? –Statistika

cevrilis

Türkiyədə 15 iyul hərbi çevrilişində qiyamçılarla əlbir olmaqda şübhə edilən 7 mərkəz valisi, 1 vali müavini, 3 rayon icra nümayəndəsi həbs ounub.

Bu gün isə həbs edilənlərin arasında İstanbul valisi Hüseyn Avni Mutlu da var.

Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, polis keçmiş valini İstanbulda, onun Üsküdardakı evində həbs edib. 

Türkiyədə Daxili işlər nazirliyində aparılan təmizləmələr bununla bitməyib.

Qeyd edək ki, daha öncə Daxili işlər nazirliyində çalışan 8 min 777 məmur işdən çıxarılıb. Vəzifədən qovulanlar arasında 1 vilayət valisi (Sinop), 29 mərkəz valisi, 52 mülki müşavir, 16 hüquq müşaviri, 246 şöbə rəisi, 1 polis rəisi müavini və 2 departament rəisi var.

Xatırladaq ki, hərbi çevrilişdən sonrakı ilk günlərdə 2745 hakim və prokuror işdən azad olunub. Onlardan bir çoxu həbs olunub. Həbs olunanlar arasında 2 Konstitusiya Məhkəməsi, 5 Məhkəmə və Hüquq Şurası üzvü də var.

Bundan başqa, digər nazirliklərdən də “paralel çete” ilə əlaqədə şübhəli bilinən yüzlərlə bürokrat işlərindən azad olunub. Kütləvi işdən çıxarmalara ən çox məruz qalan qurum Təhsil nazirliyidir – 42767 (buraya orta ali və orta təhsil müəssisələrinin müəllimləri də daxildir).

Eyni zamanda, İnkişaf Nazirliyindən 82, Elm, Sənaye və Texnologiyalar Nazirliyindən 560, İqtisadiyyat Nazirlyindən 15, Ailə və Sosial Siyasət Nazirliyindən 599, Nəqliyyat, rabitə və dənizçilik nazirliyindən 529, Müdafiə nazirliyindən 262, Ətraf mühit və şəhərsalma nazirliyindən 70, Elmi texnologiyalar və rabitə qurumundan 228, TRT-dən 300, Meşə və Su idarəsindən 197, Dövlət hava meydanları idarəsindən 139,  Xəzinə idarəsindən 62,   Statistika komitəsindən 21, Tütün və Spirt Bazarı Tənzimləmə İdarəsindən 8, Kütləvi yaşayış massivlərinin tikinti idarəsindən (TOKİ) 8, Türksat-dan 29,  Radio və Televiziya Şurasından (RTÜK) 29 məmur vəzifədən uzaqlaşdırılıb.

Bundan başqa hərbi çevriliş sonrası Türkiyə Silahlı Qüvvələrinin 6 min 38 hərbçisi həbs edilib.

Onlardan 126 nəfəri general və admiral rütbəsindədir.