XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 14:01

“Aztelekom”un həbsdə olan sabiq baş direktorundan yeni xəbər –İstintaq Təcridxanasına köçürüldü

mehemmed

"Aztelekom" MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədov Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə "Report"a onun yaxınları məlumat verib.

Məlumata görə, bir müddət əvvəl Penitensiar Xidmətin Müalicə Müəssəsində müayinə olunan keçmiş baş direktorun səhhəti hazırda normaldır.

Qeyd edək ki, ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində nazirliyin "Aztelekom" MMC-nin baş direktoru M.Məmmədov saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.