XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 12:30

“İstintaq gedir…” – Müstəntiq manyakdan danışdı

“Paytaxt Bakıda azyaşlı qızını və heyvanları zorlayan şəxs barəsində həbs qətiimkan tədbiri seçilib. İstintaq işləri aparılır”.

Bu barədə məlumatı ANS PRESS-ə Sabunçu rayon prokurorluğunun müstəntiqi Ceyhun Hümbətov deyib.

Onun sözlərinə görə, həbs qətiimkan tədbiri 4 aylıq müddətə seçilib. ümumiyyətlə isə 1960-cı il təvəllüdlü M.Mirzəyev iyulun 7-də ailəsinin şikayəti ilə həbs edilib.

Müstəntiq saxlanılan şəxsin ilkin ifadəsində zorlama barədə xəbərlərin həqiqəti əks etdirmədiyini dediyini qeyd edib.

Babək rayon Nehrəm kənd sakini, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayan Mirzəliyev Malik Cəfər oğlu Sabunçu rayon 12 saylı polis bölməsinin əməkdaşları tərəfindən həbs olunub.

Məlumata görə, seksual manyak olan Malik Mirzəliyev dəfələrlə “atası” tərəfindən zorlanan 13 yaşlı M.M-nın (adı şərtidir) şikayəti əsasında həbs olunub. “Bu hadisə ilə bağlı 13 yaşlı qız qardaşı ilə birgə hüquq-mühafizə orqanına şikayət edib. Onların verdiyi ifadə zamanı bəlli olub ki, M. Mirzəyev uzun müddət öz doğma qızı ilə təbii yolla cinsi əlaqədə olub. M. Mirzəyev zorladığı qızını anasını döyməsi ilə təhdid edirmiş”.

İddiaya görə, qız iki dəfə “ata”sından hamilə qalıb. Hadisənin üstü onun baş verənləri qardaşına danışmasından sonra açılıb.