XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 İyul 2016 - 18:49

Polis Ağsuda əməliyyat keçirdi,xeyli narkotika və silah ələ keçirildi

narko polis

DİN-in əməkdaşları Ağsu şəhərində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Strateq.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ülgüc kənd sakini, əvvəllər məhkum olunan Təvəkkül Məmmədova məxsus torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilən 64 ədəd çətənə kolu, 1 kiloqram 55 qram marixuana və 1 ədəd TOZ-16 markalı ov tüfəngi aşkar edilərək götürülüb.

T. Məmmədovun tanışı, Ağsu şəhər sakini Cəmil Hidayətova məxsus ayaqqabı sexinə baxış zamanı isə 31,42 qram marixuana aşkar edilərək götürülüb.