XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2015 - 06:42

FHN dəhşətli qəzada ölənlərin kimliyini açıqladı – Foto
Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayonunun Qovlar qəsəbəsində baş verən yol qəzası barədə məlumat yayıb.
Strateq.az nazirliyin saytına istinadən xəbər verir ki, qəsəbə ərazisində “Mercedes” markalı minik avtomobili, “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər.
Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.