XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2015 - 07:24

Bakı şəhər İcra Hakimiyyətinin anbarından oğurluq edilib

Bakıda oğurluq hadisəsi baş verib.

Səbail Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Bakı şəhər İcra Hakimiyyətinə məxsus Abadlıq Xidmətinin anbarında qeydə alınıb.

Qeyd edilən anbardan 160 metr elektrik naqili, 2 ədəd iri həcmli çəkic, 8 ədəd laqunda və generator oğurlanıb.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri hadisəni törədən Ağcabədi rayon sakini İlkin Səlim oğlu Salmanov tutulub.