Bu gün Bakıda dəhşətli avtobus qəzası olub.
Milli.Az-ın məlumatına görə, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlğında sərnişin avtobusu 7 maşını əzib, sonra isə dayanacağa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Yaxınlıqdakı binalarda yaşayan sakinlərin virtualaz.org saytına verdiyi məlumata görə, qəza təxminən bir saat əvvəl baş verib. Əraziyə xeyli sayda təcili yardım maşını və yol polisi əməkdaşları cəlb olunub. Qəza üzündən yolda tıxac yaransa da sonradan yol açılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralıların 9-u xəstəxanaya yerləşdirilib.