XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 17:43

Azərbaycanda ən çox cinayət bu rayonlarda törədilib –Siyahı

Kelebçe 23

2015-ci ildə törədilən cinayətlərin böyük hissəsi Bakı şəhərində olub. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, ötən il paytaxda 12 min 693 cinayət hadisəsi qeydə alınıb. 2014-cü ildə isə bu rəqəm 12 min 288 olub.

Ötən il törədilən cinayətlərin sayına görə ikinci yerdə Sumqayıt şəhəridir -1054  hadisə. 2015-ci ildə  Abşeron rayonunda 934, Lənkəranda 768, Gəncədə 739, Astarada 445  cinayət hadisəsi törədilib.

Cinayətlərin ən az qeydə alındığı zona  Naxçıvan Muxtar Respublikasıdır.  Statistikaya əsasən, burada 2015-ci ildə cəmi 29 hadisə törədilib. Həmin zonada ən çox cinayət Naxşıvan şəhərində qeydə alınıb – 10 hadisə. Culfa rayonunda 8, Sədərəkdə 4, Babəkdə 3, Şərurda 2,  Ordubad və Kəngərli rayonlarının hər  birində 1 hadisə qeydə alınıb.