XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2016 - 11:38

İlhamə Quliyevanın köməkçisinin cinayət işiməhkəməyə göndərilib

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə APA-ya M.Hüseynovanın vəkili Vasif Mirzəyev deyib. Onun sözlərinə görə, hələlik məhkəmənin vaxtı məlum deyil.

Qeyd edək ki, M.Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ.Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.