XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2016 - 15:47

Külli miqdarda xarici valyutanın qeyri-qanuni yolla ölkədən çıxarmaq istədi- Saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qeyri-qanuni yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Bakı-Urumçi aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı çantasını rentgen aparatına qoyub keçərkən hərəkətləri gömrük əməkdaşında şübhə doğurub və saxlanılaraq çantasına baxış üçün yoxlama otağına dəvət olunub.

Yoxlamadan öncə həmin şəxsə çantasının içərisindəki bəyan olunası əşyaların könüllü şəkildə təqdim edilməsi təklif olunub və o, çantasında 20 min ABŞ dollarının olduğunu bildirib.

Yoxlama zamanı çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd – hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, 20 min dollar aşkar edilərək götürülüb.