Bakıda qətl hadisəsi baş verib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa kəndində qeydə alınıb. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Müseyib Ramiz oğlu Həsənov aralarında yaranan münaqişə zəminində həmkəndlisi, 1949-cu il təvəllüdlü Şamil Səməd oğlu Kərimovu bıçaqlayaraq qətlə yetirib. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində M. Hüseynov tutulub.